Zərərli vərdişlər, şagirdlər arasında bulinq mövzusunda psixoloji iş

Zərərli vərdişlər, şagirdlər arasında bulinq, məktəb daxili davranışların pozulması həm təlim fəaliyyətinə həm də şagirdlərin psixoloji vəziyyətinə pis təsir edir. Məktəb daxilində bu cür halların qarşısının alınması məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova psixoprofilaktik və maarifləndirici iş istiqamətində şagirdlərlə psixoloji iş təşkil etdi. Şagirdlərə bulinqin fəsadları, iştrakçıları, növləri barədə, məktəbdə tanımadıqları insanlardan ilk dəfə gördükləri əşya və ya qida məhsulları almamaları, zərərli vərdişlər haqqında geniş məlumat verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.