"Kərpickəsən qocanın hekayəti" mövzusunda "Açıq dərs"
281 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Qəhrəmanova Təranə 3g sinfində "Kərpickəsən qocanın hekayəti" mövzusunda "açıq dərs" keçirdi. Dərs elm və təhsilin qarşılıqlı vəhdətindən, Azərbaycan məktəbinin bugünkü yüksək səviyyəsindən xəbər verirdi. Dərsin əsas ideyası uşaqları hələ kiçik yaşlarından əməyə, zəhmətə alışdırmaq idi. Novruz bayramı ərəfəsində keçirilən "açıq dərs"də uşaqlara xalqımızın qədim adət-ənənələrindən söhbət açıldı. Uşaqların fəallığı dərsin gedişini daha da gözəlləşdirdi.Təlim- tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və qonaq olan ibtidai sinif müəllimləri dərsi əla qiymətləndirdilər.