Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici iş

Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur. Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı, xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməni özündə ehtiva edir. Ümumi sağlamlığın ən vacib hissə olan reproduktiv sağlamlığın qorunması gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq deməkdir. Məktəbin psixoloqu Səbinə Əzimova reproduktiv sağlamlığı necə qorumalı, sağlamlığımızın qayğısına necə qalmalı, doğru məlumatları hardan əldə etmək lazım olduğu haqqında şagirdlərlə maarifləndirici iş təşkil etdi. Şagirdlərə tövsiyələr verildi.