Qanlı Yanvar.

Üzərindən 35 il keçsə də bu faciə xalqımızın yaddaşında silinməz izlər qoydu. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı.
1990-cı il Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilmiş cinayətdir… Hər il oldugu kimi bu qanlı yaddaşımız məktəbimizin IX f sinif şagirdləri tərəfindən yad olundu. Sinif rəhbəri Aksana Usubaliyeva tariximizin silinməz səhifəsinin gələcək nəsillərə ötürülməsində gənclərin əvəzedilməz rolundan danışdı.