Azadlığın 35-ci addımı.

Şəhidlik müqəddəs məqamdır. Bu məqama yüksələnlər də, əməlləri ilə tarix yazan insanlardır. Yanvar ayı gələndə nədənsə, şəhidlik zirvəsi göz önündə ucalır. Bəlkə də, 20 Yanvar hadisələrinin qurbanlarının ruhu məhz bu ayda fəda olduqları müqəddəs məkanın seyrinə çıxır. 35 il öncə səpilən azadlıq toxumunun necə cücərib pöhrələdiyini görmək istəyir.
Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 10 d sinfinin vətənpərvərləri ilə 20 Yanvar şəhidlərinin 35-ci il xatirəsini anaraq.”Dəyirmi masa” keçirtdi. Hadisənin törədilmə səbəbi, xalqın bu faciəyə münasibəti, Ulu Öndərin dünyaya xəbərdarlığı haqqında məlumat verən uşaqlar eyni zamanda onların xatirəsini şeir və bayatılarla yad etdilər. Onu da bildirdilər ki, şəhidliyin ilk addımları bizi, bütün Azərbaycan xalqını bu gün dünya miqyasında özünü təsdiq edən xalqlardan biri səviyyəsinə ucaltmışdır.
Daim zirvələrdə ol, Azərbaycan!