“Milli Hüzn və Qürur Günümüz”adlı “Təşkilat Saatı”

Milli iradəmizin qələbə çaldığı gündən düz 35 il ötür.
Bu gün azad ölkədə yaşayan yeni nəslin bu azadlığın necə baha başa gəldiyini bilməsi və həmişə xatırlanması çox vacib məsələdir. Çünki keçmişini bilməyənin gələcəyi olmaz!
Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Məmmədova rəhbərlik etdiyi 8 C sinif şagirdləri ilə 20 Yanvar faciəsinin 35 illiyinə həsr olunmuş “Milli Hüzn və Qürur Günümüz”adlı “Təşkilat saatı” keçirtdi. Bir daha dövrün ictimai-siyasi mənzərəsi, xalqın azadlıq uğrunda canından keçməsi xatırlandı. Şagirdlər şəhidlərimizə həsr edilmiş şeirlər, rəsm əsərləri ilə çıxış etdilər