Şəhidlər Xiyabanına ziyarət

    20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Azərbaycan xalqının müstəqil dövlət yaratmaq üçün ayağa qalxdığı zaman törədilən cinayət, qətliam idi. Buna baxmayaraq yenə də Azərbaycan xalqı qanı bahasına da olsa azadlığına qovuşdu.

    Bakıda baş verən 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümumilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən qətliamı "insanlığa qarşı zidd addım" adlandırılmışdı.

    Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir. Tarix müəllimi Səriyə Əhmədova 10 e sinif şagirdləri ilə birlikdə ilk azadlıq toxumu səpən şəhidlərin 35 illik müqəddəs məzarını, 44 günlük müharibənin qəhrəman şəhidlərini, Azərbaycan müstəqilliyinə nail olmaqda əvəzsiz xidməti olan ümummilli lider Heydər Əliyevin əbədi məskənini ziyarət edərək böyük ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi