V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə “Ekoloji sağlamlıq” aylığı çərçivəsində növbəti dəfə XI siniflər öz əl işlərini nümayiş etdirdilər. 16.03.2017-ci il tarixində XI sinif şagirdləri alternativ enerji mənbələri haqqında topladıqları məlumatları bir-biri ilə bölüşdülər. Həmçinin enerji hasil edən qurğuları rəsm əsərlərində canlandırdılar. Onlar enerji mənbələrinin hansının ekoloji cəhətdən daha təhlükəsiz olduğunu öz əl işləri ilə nümayiş etdirdilər.