V-VI sinif şagirdləri arasında “Məntiq Olimpiadası”nın məktəb turu

Ötən tədris ilindəki uğurlu nəticəni nəzərə alaraq BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” keçiriləcək. Olimpiadanın Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında 01.04.2017 (I mərhələ) və 06.05.2017(final mərhələ) tarixlərdə təşkil olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə V-VI sinif şagirləri arasında “Məntiq Olimpiadası”nın məktəb turu keçirildi. Məktəb turundan qalib gələn şagirdlər 01.04.2017-ci il tarixində keçiriləcək birinci mərhələyə göndəriləcək. Şagirdlərimizə uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi