"100 yaşlı Naxçıvan" adlı intellektual oyun

Muxtar Respublikanın yaradılması, onun qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədi ilə dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsi keçirilir. Bu məqsədlə məktəbin tarix müəllimi Səriyyə Əhmədova 8-ci siniflər arasında "100 yaşlı Naxçıvan" adlı intellektual oyun keçirtdi. Oyun zamanı bu qədim torpağın bu günümüzə qədər gələn şərəfli yolu, tarixi şəxsiyyətləri, mübariz addımları böyük ruh yüksəkliyi ilə yad edildi. Sonda qalib komandanın hər bir üzvi mükafatlandırıldı.