“Narkomaniyaya yox deyək” adlı tədbir

    23.12 2024- cü il tarixində məktəbdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi. Tədbirdə 30-cu polis şöbəsinin rəis müavini polkovnik leytenant Cəmil Məmmədov, RPİ-nin köməkçisi polkovnik leytenant Elmir Zalov, RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polkovnik leytenant Əfqan Ağayev, həmin bölmənin inspektoru polis kapitanı İlahə Balayeva, RPİ-nin kadrlar qrupunun baş inspektoru polis kapitanı Nərminə Rzayeva, sahə müvəkkili polis baş leytenantı Anar Qasımlı iştirak etdilər.

    Təbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbirin davamında narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi