Məişət zorakılığı mövzusunda psixoprofilaktik və maarifləndirici iş

Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə tərəflərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Cəmiyətimizdə sosial şəbəkələrdə gündəlik informasiya vasitələrində minlərlə insanın zorakılığa məruz qaldığının şahidi oluruq. Zorakılıq hallarının qarşısının alınması məqsədi ilə məktəbin psixoloqları Nurlanna Əhmədova və Səbinə Əzimova 8-9-10 cu sinif şagirdləri ilə psixoprofilaktik və maarifləndirici iş təşkil etdilər. Məişət zorakılığının qurbanı olmamaq və zorakılığa məruz qalanları gördükdə hansı qurumlara müraciət etmək lazımdır, məişət zorakılığının hansı növləri var zorakılığın növündən aslı olmayaraq insana təsiri, həyat fəaliyyətinə təsiri, erkən nikahın da zorakılıqla nəticələnməsi və s. haqqında şagirdlərə geniş məlumat verildi.