"Ağ ölümlə mübarizə" haqqında psixoprofilaktik iş

Narkomaniya yalnız ölkəmizin yox bütün dünyanın mübarizə apardığı bəlalardan biridir. Ağ ölüm adlandırdığımız narkotik gənc və yeniyetməlik yaşına çatmış nəzarətsiz gənclərimizi öz tələsinə salır. Gənclərimizi bu bəladan qorumaq məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova 8,9,10 cu sinif şagirdləri ilə psixoprofilaktik iş təşkil etdi Şagirdlərə narkotikin yalnız özümüzə deyil ətrafımıza, ailəmizə, həyatımıza yetirdiyi ziyan və narkotikdən necə qoruna bilərik, hansı qurumlar narkotiklə mübarizə aparır və s. haqqında geniş və ətraflı məlumat verildi. Şagirdlərə videoçarxlar göstərildi.