"Sağlam qidalar" haqqında “Təşkilat saatı”

18.12.2024-cü il tarixində 1ç sinfində "Sağlam qidalar" haqqında “Təşkilat saatı” keçirildi. Sinif rəhbəri Hüseynova Cəmilə uşaqlara sağlam qidalar haqqında məlumat verdi. Sağlam olmaq üçün hansı qidalardan necə istifadə etmələrini izah etdi. Bol vitaminli meyvə-tərəvəz qəbul edib, sağlam qidalana biləcəklərini aşıladı. Hər bir meyvə-tərəvəzlərin tərkibinidə bizim üçün önəmli olan C,B,D və digər vitaminlərin olduqlarını söylədi. Soyuq qış aylarında bol meyvə-tərəvəz qəbul etsələr, daha da sağlam olacaqlarını bildirdi. Sonra uşaqlar dahi şair Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" şeirini səhnələşdirdilər. Səhnəcikdə hər bir meyvənin nə qədər faydalı olduğunu təqdim etdilər. Sonda uşaqlar bol vitaminli meyvələrdən dadaraq "Sağlam bədəndə sağlam ruh olar" devizini söylədilər.