"Qədim diyar Naxçıvan" adlı “Dəyirmi masa”

Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai siyasi və elmi mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçivanin davamlı inkişafinda Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri vardır. 2024 cu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bu hadisə Azərbaycanın siyasi tarixində mühüm yer tutur.
Məktəbimizin kitabxanasında 10 e sinif şagirdləri ilə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Muxtar Respublikasının yaradılması mövzusunda "Qədim diyar Naxçıvan" adlı “Dəyirmi masa” keçirildi. Kitabxananın müdiri Nuridə Quliyeva mövzu haqqında ümumi məlumat verdi. Məktəbimizin tarix müəllimi Səriyyə Əhmədova şagirdlərə Naxçıvanın tarixi haqqında ətraflı məlumatlar verdi. Kitabxanaçı Nəcibə Əlili Naxçıvanın qədim tarixi haqqında yazılmış əsərlər haqqında danışdı və nümayiş etdirdi.