“Çərşənbə iməcilikləri” davam edir

Novruz xalqımızın ən gözəl bayramlarından biridir. Bu bayramın çox gözəl adətləri var. Küsülülər barışır, şirniyyatlar bişirilir. Evlərdə, həyətlərdə, bağlarda təmizlik işləri aparılır. Dörd çərşənbə “Su”, “Od”, “Yel”, “Torpaq” çərşənbəsi təmtəraqla qeyd olunur. Bu gün məktəbimizdə “İlaxır çərşənbə-Torpaq çərşənbəsi” ilə əlaqədar iməcilik keçirildi. Həyatyanı sahədəki ağacların dibi belləndi. Boş sahədə ağac və gül kolları əkildi. Bu işdə məktəbin yuxarı sinif şagirdləri və kiçik xidmətedici işçiləri də faəl iştirak etdilər.