“100 yaşlı Naxçıvanım” adlı tədbir

    Azərbaycan, ana yurdum. Hər qarışın cənnətin bir parçasıdır. Vəsf etməklə bitməz, çünki bu gözəlliyin sözlə ifadəsi çətindir.

    Cənnətin bir parçası, düşmən gözünə ox kimi sancılan, Naxçıvanım. Muxtariyyətindən bir əsr ötsə də, kökün ərşin dibindədir. Səni nə qədər bölsələr də, aramıza sədlər çəksələr də sən bizim qəriblik çəkən ulu babamız, ağbirçək nənəmizsən. Qədimliyin, ululuğunla daim diqqət mərkəzində, sevgimizin önündəsən. Məhz bu sevgini göstərmək üçün Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən general - mayor Polad Həşimov adına 6 c sinfinin qəlbi vətən dolu uşaqları ilə “100 yaşlı Naxçıvanım” adlı tədbir keçirtdi. Şagirdlər Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, memarlıq abidələri, adət-ənənələri, eləcə də görkəmli yetirmələri haqqında məlumat verdilər. Rəngarəng nəğmələr, göz oxşayan və məlumatlarla zəngin divar qəzetiləri hazırlayan şagirdlər Naxçıvana-bu müqəddəs torpağa sevgilərini bildirdilər. Ulu öndər Heydər Əliyevin Naxçıvanla bağlı arzularının zaman-zaman gerçəkləşəcəyinə ümid dolu arzular bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi