“Heydər Əliyev – Tarixi Şəxsiyyət, tarix yaradan Ümummilli Lider” adlı “Təşkilat saatı”

Dekabrın 12-si xalqımızın ümumilli lideri, çoxəsrli Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi yaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Anım günü ilə əlaqədar olaraq məktəbin tarix müəllimi Həsənova Validə rəhbəri olduğu 5 A sinfi ilə “Heydər Əliyev – Tarixi Şəxsiyyət, tarix yaradan Ümummilli Lider” adlı “Təşkilat saatı” keçirtdi. Təşkilat saatı zamanı ulu öndərin xatirəsi ehtiramla yad edildi. Müəllimi çıxış edərək ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdı. 5 A sinif şagirdləri də Ulu Öndər Heydər Əliyevə aid şeirlər söylədilər, onun haqqında olan biliklərini nümayiş etdirdilər, ulu öndər üçün hazırlanmış guşəyə qərənfillər düzdülər.
Dərsin sonunda müəllim və şagirdlər ulu öndərin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevlə fəxr etdiklərini vurğuladılar.