“Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı tədbir

    12 Dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür. Heydər Əliyev böyük tarixi şəxsiyyət və müasir Azərbaycanın qurucusudur. Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərmişdir. Onun daxili və xarici siyasəti Azərbaycanı zamanın sərt və ağır sınaqlarında layiqincə çıxartmışdır. Bu uğurlu siyasətin nəticəsidir ki, indi Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə eyni sırada dayanır. Məktəbin tarix müəllimi Səriyə Əhmədova şagirdlərlə birlikdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı tədbir keçirtdi. Bu tədbirdə məktəbin direktoru Dadaş Əliyev, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatcı Arzu Əliyeva, təlim-tərbiyə işlər üzrə direktor müavini Gültəkin Axundova itirak etdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi