“Təhlükəsizliyimiz öz əlimizdədir” adlı tədbir

    Cəmiyyət olaraq ətraf aləmin təhlükəsizliyi hər birimizin diqqət mərkəzində olmalıdır. Bu baxımdan təhsil müəssisələri, məktəb kollektivi daha ayıq-sayıq olmalı, yetişməkdə olan yeni nəslin təhlükəsizliyi üçün əlindən gələni etməlidir.

    Məhz bu məsələnin ciddiliyini şagirdlərə aşılamaq üçün məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatcı Arzu Əliyeva, psixoloqlar Nurlanna Əhmədova, Səbinə Əzimova və uşaq birliyi təşkilatı rəhbəri Təhminə Osmanova 5, 6, 7-ci sinif şagirdləri ilə “Təhlükəsizliyimiz öz əlimizdədir” adlı tədbir keçirtdi. Disskusiya şəklində keçirilən tədbirdə uşaqların yad, tanımadığı insanlarla qurulan ünsiyyəti, məktəbə kəsici, deşici alətlərin gətirilməsi, dəhlizdə ehtiyatsız hərəkətlərə yol verilməsi, bulinqə məruz qalmamaq üçün hansı yollara əl atılması haqqında geniş və maraqlı söhbətlər aparıldı. Qaldırılan problemlərin yalnız məktəbdə deyil, ətrafımızda da baş verməməsi üçün uşaqlarln maariflənməsinin həyati məsələ olduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi