“Təhlükəsiz informasiya axtarışı” mövzusunda maarifləndirici söhbət

İnsanlar arasında informasiya mübadiləsi fərqli üsullarla həyata keçirilir. Müasir texnologiyanın inkişafı şagirdlərə istənilən informasiyanı asan və saniyələr içərisində əldə etməyə şərait yaradır, lakin əldə olunan hər informasiyanın nə dərəcədə doğru olub olmaması sual altındadır. Şagirdlərin təhlükəsiz informasiya əldə etməsi, doğru və təsdiqini tapmış informasiyanı hansı üsullarla əldə etmək olar haqqında məktəbin biologiya müəllimi Samirə Hüseynova 9 ə sinif şagirdləri ilə “Təhlükəsiz informasiya axtarışı” mövzusunda maarifləndirici söhbət apardı.