"Azərbaycan qadını! Adın şərəflidir hər zaman sənin"

10.03.2017 tarixində V.Mirzəliyev adına 281 saylı tam orta məktəbdə "Azərbaycan qadını! Adın şərəflidir hər zaman sənin" adlı tədbir keçirildi. Tədbir məktəbin rus dili müəllimləri Sevinc Hüseynova və Xuraman Həsənova tərəfindən hazırlanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti işıqlandırılmış və Azərbaycan qadınının böyüklüyü, məğrurluğu və mərdliyi vurğulanmışdır. Şagirdlərin nümayiş etdirdiyi səhnələrdə tarixdə silinməz iz qoymuş Tomris, Sara Xatun, Nüşabə, Ağabəyim ağa Cavanşir, Xurşidbanu Natəvan, qadın azadlığının təməlini qoyan Sevil, müasir dövrün türk qızı Qənirə Paşayeva obrazları öz əksini tapmışdır. Ulu öndərimiz Heydər Əliyevin və Zərifə xanım Əliyevanın gələcək nəsillərə nəsihətləri səsləndirilmiş, Azərbaycan xalqının fəxri olan Zərifə xanım Əliyevanın "öz davamçım olaraq sənə igid, qəhrəman gəlinim Mehribanımı qoyub gedirəm" sözləri tədbirin əsas leytmotivinə çevrildi. Tədbirdə canlandırılan hər tarixi şəxsiyyətin səhnə sonluğu Mehriban xanım Əliyevaya "Vətənimi, Azərbaycanımı sənə əmanət edirəm " kimi sözlərlə bitir və yekun olaraq Azərbaycanımızın Birinci xanımı bu tarixi şəxsiyyətlərin önəmli keyfiyyətlərini özündə cəmləşdirən bir Azərbaycan xanımı kimi estafeti qəbul etdi. Tədbirin sonunda məktəbin direktoru Gülşən xanım Əliyeva və dəvət olunan qonaqlar çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi