"Kəlağayılı Azərbaycan qadını!” adlı tədbir

    26 noyabr Azərbaycan Kəlağayısı günü münasibəti ilə məktəbin 4 ə sinfində Nailə Rəhimovanın rəhbərliyi altında "Kəlağayılı Azərbaycan qadını!” adlı tədbir keçirildi. Tədbirin məqsədi şagirdləri Azərbaycan xanımlarının namuslu, ismətli baş örtüyü olan kəlağayının müxtəlif növləri, naxışlarının mənaları, hazırlanması və s. haqqında məlumatlandırmaq idi. Şagirdlər söylədikləri şeirlərində, oxuduqları mahnılarında, bədii filmlərimizdən canlandırdıqları epizodlarında kəlağayını büsbütün vəsf etdilər.

    Tədbirin sonunda məktəbin təlim-tərbiyə işlər direktor müavini Bəsti Nəsibova çıxış edərək Azərbaycan xanımlarını bu gözəl gün münasibəti ilə təbrik etdi və kəlağayı ilə bağlı dəyərli fikirlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi