“Yardımcı stansiya”ya ekskursiya

"Ekologiya və sağlamlıq" layihəsi çərçivəsində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə fizika aylığı davam edir.10.03.2017-ci il tarixində Ekoloji təmizlik aylığı çərçivəsində “Alternativ enerji mənbələri” ilə bağlı “Yardımçı stansiya”ya ekskursiya təşkil edildi.Fizika fənn metodbirləşməsinin sədri Nilufər Əhmədova və fizika müəllimi İradə Mahmudovanın təşkilatçılığı ilə məktəbin IXf və IXb sinif şagirdlərini qəsəbədə yerləşən yardımçı stansiyaya ekskursiyaya apardılar.Stansiyanın məhsul şəxsinin köməkliyi ilə transformatorun daxili quruluşu, enerjinin verilməsi, elektirik enerjisindən qorunmağın yolları və s. müzakirə olundu. Elektirik idarəsinin nümayəndəsi şagirdlərə stansiyanın iş rejimi, sxemi, quruluşu, tərtibatı ilə bağlı məlumat verdi.