"Tükənən və tükənməyən enerji mənbələr" haqqında "Açıq dərs"

09.03.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin fizika müəllimi Aybəniz Cəfərovanın VIII ə sinfində “Alternativ enerji mənbələri” mövzusunda açıq dərsi keçirildi.Şagirdlər tükənən və tükənməyən enerji mənbələri haqqında məlumatlar verdilər.Sonra isə şagirdlər alternativ enerji mənbələrinin ekoloji və iqtisadi cəhətdən əhəmiyyəti haqqında fikirlər söylədilər. Müəllimə son olaraq qeyd etdi ki, ölkəmizdə Alternativ enerji mənbələrindən istifadə edilməsi istilik elektrik stansiyalarında yandırılan yanacağa qənaət edəcək, ətraf mühitə atılan zərərli tullantıların miqdarını azaldacaq, insanlara əlavə qazanc gətirəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi