"Ekologiya və sağlamlıq" layihəsi çərçivəsində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə fizika aylığı davam edir.09.03.2017-ci il tarixində “Günəş enerjisindən istifadənin yolları” haqqında XI ç sinif şagirdi Nəsirova Aynurə öz bacarığını nümayiş etdirdi.Metodbirləşmə sədri Nilufər Əhmədovanın rəhbərliyi ilə Aynurə Nəsirovanın təqdimatına baxış olundu. Onun “Ekologiyanın çirklənməsinə rəvac verən amillərə hansı üsullarla mübarizə aparmaq olar” mövzusunda slaydlarının nümayişi təşkil olundu.Həmçinin təqdimatında da bu mövzuyla əlaqədar fikirlərini bölüşdü.