"Şanlı Zəfərdən 4 il ötür" adlı tədbir

   5.11.2024-cü il tarixində məktəbdə direktor Dadaş Əliyevin rəhbərliyi və hərbi rəhbər Köçəri Verdiyevin təşkilatçılığı ilə “Şanlı Zəfərdən 4 il ötür” adlı tədbir keçirildi. Tədbirdə 44 günlük Vətən müharibəsinin qəhramanı şəhid baş leytenant Elvin Əlimovun anası İradə ana, şəhid leytenant Elzar Yusifovun anası Günəş ana, Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Suraxanı rayonu üzrə sədri Ceyhun Azayev İştirak etdi.Tədbir maraqlı kompozisyaları ilə yadda qaldı. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək bildirdi ki, Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan Cənab İlham Əliyev, yenilməz Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi