"Sağlam qida və Süfrə mədəniyyəti" adlı dərs

    Məktəbin ibtidai sinif müəllimi Səidə Zülfüqarova rəhbərlik etdiyi 2"B" sinif şagirdlərilə texnologiya fənnindən "Sağlam qida və Süfrə mədəniyyəti" adlı dərs təşkil etdi. Sinif rəhbəri qeyd etdi ki, ilk baxışda bizə sadə görünsə də masa arxasında oturmağın, yemək yeməyin, yeməyi bitirməyin də öz qaydaları var. Şagirdlər öyrəndikləri qaydaları nəinki sözlə, eyni zamanda əyani vəziyyətdə də nümayiş etdirdilər. Stula az söykənərək dûz oturmalı, əllərimizi dizlərimizin üstünə qoymalı, yemək zamanı bıçaq, çəngəldən doğru istifadə etməliyik. Sonda öz əlləri ilə meyvə salatı hazırlayıb müəllimlərə ikram etdilər. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və bir neçə ibtidai sinif müəllimləri də təşkil olunmuş bu maraqlı dərsdə qonaq kimi iştirak etdilər və balaca fidanların əməyini yüksək qiymətləndirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi