"Qubadlı bizimdir"adlı"Təşkilat saatı"

Hər günü qələbəylə dolu olan Vətən müharibəsinin 29-cu günü-25 oktyabr Zəfər tariximizin qürurverici səhifələrindən biridir. Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdagından azad olunmasından 4 il keçir. Bu münasibətlə V f sinfində tarix müəllimi Aksana Usubaliyevanın rəhbərliyi ilə "Təşkilat saatı" keçirildi. İlk öncə Vətən ugrunda canını qurban verən şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər Qubadlının tarixi, memarlıq abidələri haqda bilgilər əldə etdilər və şeirlər söylədilər.