Kitabxanalar mütaliə mədəniyyətinin mənbəyidir.

Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardir. Beynəlxalq Məktəb Kitabxanaları Günü UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr - 22 noyabr). Məktəbin kitabxanasında bu aylıq çərçivəsində 24 oktyabrda ibtidai sinif müəllimi Könü Bədəlovanın rəhbərlik etdiyi 2 c sinif şagirdləri ilə disput keçirildi. Kitabxana müdiri Nuridə Quliyeva məktəbin kitabxanası haqqında ümumi məlumat verdi. Kitabxanaçı Nəcibə Əlili balaca oxucuları kitabxanaya yeni daxil olan kitablarla tanış etdi. Şagirdlər oxuduqları kitablar haqqında danışdılar. Görüş şagirdlərin marağına səbəb oldu.