"Ətraf mühitimizi qoruyaq" adlı maarifləndirici debat

XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının, təbii ehtiyatların səmərəsiz istifadəsinin ətraf mühitə etdiyi təsirlər öz mənfi nəticələrini göstərməyə başlayıb. Problemin kəskinliyini nəzərə alaraq şagirdlər arasında ekoloji savadlılığı artırmaq məqsədi ilə 25.10. 2024-cü il tarixində məktəbin biologiya müəllimi Samirə Hüseynova 8 a sinfində "Ətraf mühitimizi qoruyaq" adlı maarifləndirici debat keçirtdi. Şagirdlər ətraf mühitin sağlamlaşdırılması və problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq məqsədilə görülən işlər haqqında təqdimatlar etdilər, diskusiya apardılar.