"Təbiət və insan" mövzusunda maarifləndirci dərs

    Məktəbin ibtidai sinif müəllimi Xatirə Məmmədova  rəhbərlik etdiyi 3"A" sinif şagirdləri ilə "Təbiət və insan" mövzusunda maarifləndirci dərs təşkil etdi. Sinif rəhbəri təbiət, insan həyatında onun rolu, insanın təbiətə mənfi və müsbət təsirlərindən ətraflı danışdı.
    Şagirdlər də öz növbəsində bu mövzu ilə bağlı hazırladıqları plakat və apardıqları araşdırmaları təqdim etdilər. Balaca fidanlar təbiəti qorumağın, yaşıllıqların artırılmasının, ətraf mühitin çirkləndirilməməsinin önəmini xüsusi qeyd etdilər. Onlar COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməyin bizim üçün həqiqətən böyük şərəf olduğunu da ifadə etdilər. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab etməliyik. Xatirə müəllimə sonda bildirdi ki, ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadı, xalqımıza layiq qonaqpərvərliklə doğrultmaq ümumi işimizə dəstək, qüdrətli Azərbaycan naminə həmrəylik nümunəsi olmalıdır. Çünki 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi