"Ekoloji mühitin qorunması" mövzusunda ətraflı söhbət

18.10.2024-cü il tarixində məktəbin 6 g sinfində “Ümumtəhsil müəssisələrində şagird və müəllim kollektivinin birgə əməkdaşlığı ilə ekoloji güşələrin yaradılması” ilə bağlı dərs təşkil olundu. ”Yaşıl siniflər” in yaradılması, təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin, tədqiqatçılıq qabiliyyətlərinin artırılması, yaradıcı şagirdlərin üzə çıxarılması,ekologiyanın qorunması, ekoloji güşələrin yaradılması qarşıya qoyulan əsas məqsəd idi.
Biologiya müəllimi Bəsti Alıyeva şagirdlərlə "Ekoloji mühitin qorunması" mövzusunda ətraflı söhbət apararaq məktəb həyətində birlikdə təşkil olunmuş güşələrdə şagirdlərin bacarıqlarını dəyərləndirdi.
Şagirlərə təbiət dünyanın evidir, təbiətə sevgi ilə yanaşmaq lazımdır fikirləri aşılandı. Təbiət sevgiyə möhtac uşaq kimidir gəlin onu birlikdə qoruyaq.