Kitab ruhun qidasıdır deyirlər.

   Kitab ruhun qidasıdır deyirlər. Mütaliə edən, kitabla dost olan insan ucalır, möhkəmlənir. Uşaqlarda kitaba, mütaliəyə marağı artırmaq məqsədilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş 10 cu Beynəlxalq Kitab Sərgisi təşkil olunmuşdur. Məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova 2 c sinif şagirdlərində kitaba olan marağı, sevgini artırmaq üçün bu möhtəşəm sərgidə iştirak etdi. M.Füzulinin "Meyvələrin söhbəti" adlı alleqorik əsərin qəhrəmanları olan uşaqların görünüşü sərgi iştirakçılarının böyük marağına səbəb oldu. Tanınmış qələm sahibləri ilə canlı görüş, yüzlərlə əsrarəngiz kitablarla tanışlıq şagirdlər tərəfindən maraqla qarşılanmışdı. Tanınmış kitab nəşriyyatlarının körpə kitabsevərlərə kitablar hədiyyə etməsi çox təqdirəlayiq idi. Ümid edirik ki,belə sərgilərdə iştirak etmək şagirdlərin kitabla dost olmağına, mütaliə ilə mütəmadi məşğul olmağına səbəb olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi