03.03.2017-ci il tarixdə Suraxanı rayonu V.Mirzəliyev adına 281 №-li tam orta məktəbin XI sinif şagirdləri "Ulu öndər Heydər Əliyev irsi"nin öyrənilməsi ilə əlaqədar 270 №-li tam orta məktəbin akt zalında toplaşdılar. 118 №-li tam orta məktəbin tarix müəllimi Gülər Osmanova Ulu öndərin keçdiyi çətin həyat yolundan geniş və ətraflı məlumat verdi. Şagirdlərə Ulu öndər Heydər Əliyev kimi vətəndaş olmağı tövsiyə etdi.G.Osmanova çıxışını Heydər Əliyevin kəlamı ilə bitirdi.Yığıncağın sonunda maraqlı slaydlar nümayiş etdirildi.