X Bakı Beynəlxalq Kitab Sərgisinə səyahət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Builki yubiley sərgisi dahi Azərbaycan şair Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub. Belə kitab sərgisinin təşkil olunması kitabın şagirdlər arasında da təbliği baxımından çox əhəmiyyətlidir.
Bir çox Bakı məktəbləri kimi Suraxanı rayonu 281 N-li məktəb də bu işdə yaxından iştirak edir. Belə ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Məmmədova və şagirdləri öz ənənələrinə sadiq qalaraq kitab sərgisində iştirak etdilər, maraqlarına uyğun kitablar aldılar, tanınmış yazarların söhbətlərini dinləyib onlarla xatirə şəkli çəkdirdilər.