"Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası"nda fərqlənən şagirdlərimiz

Bakı Şəhər Təhsil İdarəsi və “ İstək” liseyinin birgə təşkil etdiyi “Lütfi Zadə adına məktəblilərarası I Məntiq Olimpiadası”nın final mərhələsi başa çatdı. Olimpiadanın məqsədi şagirdlərin məntiqi təfəkkürünün inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalarda uğur qazandırmaq, istedadlı, bacarıqlı şagirdləri aşkara çıxarmaq, onların marağının artmasına təsir göstərməkdir. Bu olimpiadada məktəbimizin 30 nəfər şagirdi sertifikata layiq görüldü.