03.03.2017-ci il tarixində 281 №li tam orta məktəbdə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında keçirilən fizika aylığı ilə bağlı növbəti dərs keçirildi. Fizika fənn metodbirləşməsinin sədri Nilufər Əhmədovanın rəhbərliyi ilə IXf sinfində "Alternativ enerji mənbəyi" mövzusunda şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Onlar ölkəmizin enerji mənbələrini rənglərin dili ilə canlandırdılar. Həmçinin şagirdlərdən Eyvazova Fidan, Həsənov Sunay alternativ enerji mənbələri haqqında təqdimatla çıxış etdilər.