27 Sentyabr -Zəfərə gedən yol

27.09.2024 cü il tarixində məktəbin tarix müəllimi Validə Həsənova rəhbərlik etdiyi 5 A sinfi ilə Anım Günü ilə əlaqədar "Təşkilat saatı" keçirtdi.
Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keşmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 5 A sinfinin vətənpərvər şagirdləri şanlı tariximiz haqqında ətraflı məlumata sahib olduqlarını nümayiş etdirdilər. Beləki onlar şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, əhvalatlar danışdılar.
Həmçinin Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 Sentyabrın Zəfərə gedən yolu açan, qələbəni bizə bəxş edən tarixi başlanğıc olması vurğulandı.