Vətən uğrunda ölən varsa, Vətəndir!

Torpaq uğrunda canından, qanından keçənlər ölmür, onlar şəhidlik zirvəsinə ucalır. Özləri yanımızda olmasa da, ruhları daim bizimlədi. Onlar 30 illik həsrətimizə 44 gündə son qoyan qəhrəman oğullarımızdır.
Vətənin torpağını, daşını yastıq, yağan qarını özlərinə yorğan bilən oğullar idi zəfər yazan igidlər...
Məktəbin şəhid Elvin Əlimov adına 3”c” sinfi bu gün bütün şəhidləri yad etdilər. Onların ruhlarına şeirlər söyləyib, mahnılar oxudular. Sinif rəhbəri İbrahimova Şəmsiyat şəhid E.Əlimovdan danışaraq qeyd etdi ki, o, II Qarabağ müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə tank tağım komandiri kimi iştirak edərək qəhrəmanlıq göstərmişdir.
Şəhidlik zirvəsinə ucalan qəhrəman hər zaman yaddaşlarda qalacaq, ona olan sevgi qəlblərdə yaşayacaq.