Şəhidlər hər zaman qəlbimizdədir

Doğma diyarımız Azərbaycan 4 ildir ki, zəfəri qeyd edir. Bu zəfər bizə 3000-ə qədər şəhid bahasına başa gəlib. Məktəbin 1”A” sinif rəhbəri Abbasova Zülfiyyə öz körpə fidanlarını vətənpərvərlik ruhunda tərbiyə etmək üçün 27 Sentyabr Anım Gününü kiçik tədbirlə qeyd etdi. Uşaqlar mahnı və şeirlərlə şəhidlərimizi yad etdilər.Müəllim bu tarixi günün önəmini, xalqımızın yaşadıqlarını, qazandıqlarını, bu yolda itirdiklərini anlatdı. Şəhidlər heç vaxt unudulmur şüarı ilə tədbir sonlandırıldı.