“Vətən Var Olsun!”

27 sentyabr Vətən müharibəsinin başlanma tarixidir. 44 gün davam edən II Qarabağ müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Həmin tarixdən-xalqımızın vətən həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincinin toxumları səpilən gündən artıq 4 il ötür. Bu münasibətlə məktəbin tarix müəllimi İsmayılzadə Gülşən 8”e”, 11”d” siniflərində “Anım Günü”nə həsr olunmuş “Vətən Var Olsun!” adlı tədbir keçirtdi. Şəhidlərimizin ruhu dərin ehtiramla yad edildi, şagirdlər şeirlər və məlumatlar səsləndirdilər.