"Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar "Açıq dərs"

01.03.2017-ci il tarixdə V.Mirzəliyev adına 281 №-li tam orta məktəbin II, V və VI siniflərində "Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar fiziki tərbiyə müəllimi Köçəri Verdiyev, ibtidai sinif müəllimləri Nəzakət Mustafayeva, Samirə Hacıyeva, Məlahət Novruzova, Şükufə Bəndəliyeva və Vüsalə Camalova açıq dərs kecirtdi. Açıq dərsdə şagirdlərə Mülki Müdafənin məqsəd və vəzifələri haqqında məlumat verildi. Mülki Müdafiə siqnalı verilən zaman şagirdlərin davranış qaydaları, kollektiv mühafizə qurğularından və fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələri, fövqəladə hallar zamanı yaralılara ilkin tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirildi.