27 Sentyabr Anım Günü

2020-ci il 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Müzəffər Xalq, Müzəffər Ordu birliyi dəmir yumruq kimi düşmənin başına endi. Dilindən, dinindən, milliyətindən asılı olmayaraq bütün vətəndaşlarımız müqəddəs Vətən torpaqları uğrunda mübarizəyə qalxdılar. Mənfur düşmən üzərində qələbəyə gedən yolda biz 3000-ə yaxın şəhid verdik. Bu gün 27 sentyabr şəhidlərinin xatirəsinin Anım Günüdür. Məktəbin 10”a” sinif şagirdləri sinif rəhbəri Lətifə Abdullayevanın təşkilatçılığı ilə hazırladıqları tədbirdə şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad etdilər.
Bu cənnət Vətən uğrunda, onun azadlığı və istiqlalı yolunda şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə əbədiyyətə qovuşurlar. Allah şəhidlərimizə rəhmət etsin!