Şəhidlik elə bir zirvədir, ünvanı əbədiyyətdir.

Məktəbin 2”b” sinfi şanlı tarixi qanları ilə yazan vətən igidlərini andı. Sinif rəhbəri Zülfüqarova Səidə 27 sentyabrdan-8 noyabra qədər keçən 44 günlük dastandan söhbət açdı. Şagirdlərə Ali Baş Komandan İlham Əliyevin siyasətindən, vətən oğulları ilə birgə 30 illik vətən həsrətinə necə son qoyulduğundan ətraflı danışdı. Şagirdlərin öyrəndikləri şeirlər, məlumatlar dinlənildi. Şagirdlər bir daha söz verdilər ki, şəhidləri heç zaman unutmayacaqlar. Onların bizə əmanət qoyduğu vətən torpağını hər zaman qoruyacaqlar. Şəhidlər ölməz!