“Alternativ enerji mənbələri” mövzusunda "Dəyirmi masa"

02.03.2017-ci il tarixində 281 №-li tam orta məktəbin fizika müəllimi Cəfərova Aybəniz 7Ç sinfində “Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa keçirtdi.Dəyirmi masada 7Ç sinif şagirdləri Nurullayeva Nurlanə və Rəhimli Həsən “Alternativ enerji mənbələri “ və onların ekologiyaya təsiri haqqında fikirlərini bildirdilər.Sonra şagirdlər günəş, külək, dalğa, geotermal enerji, su və digər bərpa olunan enerjilər haqqında geniş məlumatlar verdilər.Həmçinin şagirdlərdən Vəlizadə Hilalə və Ağakişiyev Fuad tükənən və tükənməyən enerji mənbələri və onların növləri haqqında danışdılar.Son olaraq müəllimə “Azərbaycanın bərpa olunan və alternativ enerji mənbələrinin istifadə perspektivləri, Respublikanın alternativ günəş enerjisi mənbələrinin resursları və onun istifadəsi problemləri haqqında şagirdləri məlumatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi