Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu münasibətlə 281№-li tam orta məktəbdə “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda “1 Mart Ümumdünya Mülki Müdafiə günü” keçirildi. Məktəb kollektivi gün ərzində əvvəlcədən planlaşdırılmış bir neçə tədbirin reallaşmasına nail oldu. İlk öncə məktəbin direktoru işçilər və şagirdləri bu gün münasibəti ilə keçiriləcək tədbirlər barədə məlumatlandırdı. Məktəbdə mülki müdafiə vəsaiti və avadanlıqlarının sərgisi təşkil olundu,fövqəladə hallar zamanı xilasetmə və ilkin tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirildi.