"Yaşıl Dünya" mövzusunda Təşkilat saatı

Məktəbin ibtidai sinif müəllimi Nuranə Eyvazova rəhbərlik etdiyi 4”Ğ” sinif şagirdləri ilə Həyat bilgisi fənnində Təşkilat saatı keçirtdi.
Müəllim uşaqlara qeyd etdi ki, Yer üzərində canlılar nə qədər müxtəlif olsa da, onları birləşdirən bir sıra ümumi xüsusiyyətlər var. Canlılar qidalanır, tənəffüs edir, hərəkət edir, çoxalır, böyüyür, inkişaf edir. Bitkilərin insan həyatında rolu müxtəlifdir. Onlar canlıların nəfəs alması üçün havanı oksigenlə zənginləşdirir, güclü küləklərin qarşısını alırlar.
Bəzi bitkilər zövq almaq, xoş ətrinə görə, otağın havasını təmizlənməsi üçün yetişdirilir.
Elmin, texnikanın inkişafı insanın həyatına müsbət təsir göstərsə də, bu, çox vaxt təbiətə, təbiətdəki canlılara ziyan vurub. Zavodlar, avtomobillər, təyyarələr havanı zərərli qazlarla çirkləndirir. Təbiəti qorumağın ən doğru yolu onu çirkləndirməmək və təkrar emaldır.
Uşaqlar öz növbəsində qeyd etdilər ki, 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik ili” elan olunması da heç də təsadüfi deyil.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi BMT-nin 29-cu İqlim Konfransı (COP) noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
COP29 iştirakçı ölkələrə yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək, konkret addımlar atmaq üçün bir fürsətdir.
Dərsin sonunda şagirdlər belə bir nəticəyə gəldilər ki, biz də qarşılıqlı əməkdaşlıq edib öz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik.