“Qızıl Nişan” və “Xüsusi Nümunəli Attestat”ların təqdimatı

2023-2024 cü tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən məktəbin şagirdləri Qurbanlı Murad və İsmayılov Polad “Qızıl Nişan” və “Xüsusi Nümunəli Attestat”la təltif olundular. 27.07.2024-cü il tarixində məktəbin direktoru Dadaş Əliyev həmin şagirdlərə Nişan və Attestatlarını təqdim etdi. Təqdimatda TTİ üzrə direktor müavini İlham Kazımov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Əliyeva və məktəbin tarix müəllimi Səriyə Əhmədova iştirak etdi. Şagirdlərimizə gələcək işlərində uğurlar arzulayırıq, nailiyyətləri daim bol olsun!