“Qaraca qız” mövzusunda "Açıq dərs"

01.03.2017-ci il tarixdə 281№-li tam orta məktəbdə ibtidai sinif müəllimi Şəmsiyət İbrahimova IIIc sinfində “Qaraca qız” mövzusunda açıq dərs keçirdi. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, ibtidai sinif müəllimləri Nəzirə Rəhimova, Aidə Abbasova, Xoşqədəm İmanova,Təranə Qəhrəmanova iştirak edirdilər. Dərsin məqsədi şagirdlərə vətənpərvərlik, dostluqda sədaqət, elmə, təhsilə maraq hissi aşılamaq idi. Şagirdlər dərsdə çox fəal idilər. Fikirləri müstəqil, nitqləri aydın və gözəldir.Hekayə əsasında göstərilən səhnəcik dərsi daha maraqlı etdi. Dərsdə təlimin texniki vasitələrindən istifadə olundu.